5 C
Baku
Saturday, December 14, 2024

“OBA Market”in İdarə Heyətinə xanım sədr təyin edilib

“Veysəloğlu” Şirkətlər Qrupunun marketlər şəbəkəsi “OBA Market”in rəhbəri dəyişir.

Bu Barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “OBA Market” MMC-nin İdarə Heyətinin sədri olan Vüsal Şərifov vəzifəsindən çıxıb. Onu bu vəzifədə Natəvan İbrahimova əvəz edəcək.

N.İbrahimova ana şirkət olan “Veysəloğlu”da 2014-cü ildən 2018-ci ilə qədər baş maliyyə inzibatçısı kimi çalışıb. 2018-ci ilin noyabrından isə “Veysəloğlu”nun İdarə Heyətinin üzvidir.

“OBA Market” MMC 2016-cı ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər