23 C
Baku
Friday, April 26, 2024

Ödəmə terminalından 29 min manat oğurlayan şəxs saxlanılıb – Video

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

 

Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

6406e0e43dca66406e0e43dca716781723886406e0e43dca26406e0e43dca4

6406e0e45441a6406e0e45441b16781723886406e0e4544166406e0e454418

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər