13 C
Baku
Friday, April 19, 2024

Ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalının oğurlanması barədə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sanel Nəsirov və Sərxan Şıxıyev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər