11 C
Baku
Wednesday, December 11, 2024

Ödəniş kartlarından istifadə qaydaları dəyişdi – Baş bankirdən yeni qərar

Azərbaycan Mərkəzi Bankı (AMB) “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik edib.

Bununla bağlı qərarı qurumun sədri Elman Rüstəmov imzalayıb.

Dəyişikliyə əsasən, yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 500 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 ildən çox ola bilməz. İndiyə qədər bu məbləğ 150 manat olub.

Bundan başqa, istifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 100 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 5 ildən çox ola bilməz. İndiyə qədər bu məbləğ 50 manat olub.

İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın istifadə müddəti 5 (beş) ildən, kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi isə 15 000 manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz. İndiyə qədər bu məbləğ 10 000 manat olub.

Emitent (və yaxud ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır. İndiyə qədər bu məbləğ 20 manat olub.

Son xəbərlər
Digər xəbərlər