9 C
Baku
Sunday, November 17, 2024

Ödəniş kartlarının 70%-i, POS-terminalların isə 82%-i təmassız ödənişi dəstəkləyir

Hazırda dövriyyədə olan ödəniş kartlarının 70%-i, POS-terminalların isə 82%-i təmassız ödəniş texnologiyasını dəstəkləyir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı Məlumat yayıb.

Qurum bəyan edib ki, təmassız ödənişlər üzrə yüksək artım tempi ilk növbədə təmassız ödəniş infrastrukturu göstəricilərinin yüksəlməsi ilə bağlıdır: “Sözügedən ödənişlərindən istifadənin artmasında ən önəmli faktorlardan biri də əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasıdır. Xüsusilə pandemiya məhdudiyyətlərinin təsiri ilə daha geniş vüsət alan təmassız ödənişlər istehlakçılar tərəfindən gündəlik əsasda əldə olunan mal və xidmətlərin dəyərinin heç bir fiziki təmas olmadan daha rahat, sürətli və təhlükəsiz formada aparılmasına imkan verir. Eyni zamanda, tokenizasiya həllərinə əsaslanan, mobil telefon, saat, üzük və digər ağıllı cihazlar vasitəsilə ödənişlərin həyata keçirilməsinə imkan verən innovativ ödəniş həllərinin ölkəmizdə tətbiqi də təmassız ödənişlərin genişlənməsinə təkan verməkdədir”.

Son xəbərlər
Digər xəbərlər