7 C
Baku
Sunday, December 15, 2024

“Odnoklassniki”də internet mağazaları yaradıldı

“Odnoklassniki” sosial şəbəkəsi məhsullar, brend xidmətləri və internet mağazalarından ibarət vitrinin sınaqlarına başlayıb.

“ixbt.com” saytına istinadən məlumata görə, artıq sosial şəbəkədə “Megogo” və “ShowJet” xidmətlərinin film və seriallarını, “Sportmaster”, “Media Markt”, “Clarins” və s. firmaların məhsullarını sifariş vermək mümkündür. Yaxın günlərdə vitrini bütün qruplarda əlavə etmək imkanı yaranacaq.

Sosial şəbəkə rəhbərliyi qeyd edir ki, “Odnoklassniki” artıq sadəcə sosial şəbəkə deyil, əlavə və xidmətlərin eko-sistemidir. “Biz istəyirik ki, istifadəçilər “Odnoklassniki”də bütün lazım olan şeyləri – dostlar, maraqlı kontentlər, faydalı məhsul və xidmətlər tapa bilsinlər”, – deyə rəhbərlikdən bildirilib.

Saytdakı hər elana qiymət, şərh və foto əlavə etmək mümkündür. Qrupların inzibatçıları yeni əlavə edilmiş məhsulları dərhal xəbər lentinə əlavə edə biləcək. İstifadəçi qruplarındakı elanlardan fərqli olaraq, mağazaların məhsullarının reklamı müddətsiz olacaq. Məhsulların qrupda yerləşdirilməsi üçün ödəniş etmək lazım gəlməyəcək. Məhsul və xidmətləri qrupdakı çatla sifariş etmək mümkün olacaq. Bunun üçün elandakı “əlaqə” düyməsi istifadə ediləcək.

Artıq indidən vitrinlər sosial şəbəkənin veb-versiyasında istifadəyə açıqdır. Yaxın zamanlarda isə mobil cihazlarda da açıq olacaq.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər