14 C
Baku
Saturday, November 23, 2024

OECD ölkələrində kommersiya neft ehtiyatları artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin noyabrında oktyabr ayı ilə müqayisədə 7.3 mln. barel çoxdur.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına əsasən, OECD ölkələrində neftin kommersiya ehtiyatları noyabr ayının yekunlarına görə 2 819 mln. barel təşkil edib, bu da öncəki göstəricidən (illik müqayisə – red.) 25 mln. barel çox, lakin son beşillik ortalama göstəricidən 62 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 122 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər