-3 C
Baku
Sunday, December 15, 2024

OECD ölkələrində neft ehtiyatları son 5 ilin orta səviyyəsindən azdır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatları ötən ilin noyabr ayında 16 milyon barel azalaraq 2 milyard 721 milyon barel təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 389 milyon barel, son 5 ilin orta səviyyəsindən də 247 milyon barel azdır.

OECD ölkələrində hazırda mövcud olan neft ehtiyatları onların 60,7 günlük ehtiyaclarını görür ki, bu da illik müqayisədə 13,2 gün, son 5 ilin orta səviyyəsinə nisbətən də 3,2 gün azdır.

Qeyd edək ki, neft ehtiyatlarının son 5 ilin orta miqdarı OPEC+ formatı çərçivəsində hasilatı artırıb-azaltmaqda başlıca istinad nöqtəsidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər