2 C
Baku
Saturday, December 14, 2024

OECD ölkələrində neft və neft məhsullarının ehtiyatları artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin may ayında 5.4 mln. barel artıb.

Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına əsasən, OECD ölkələrində neft məhsullarının kommersiya ehtiyatları may ayının yekunlarına görə 2.824 mlrd. təşkil edib, bu da son beşillik ortalama göstəricidən 92.2 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər