15 C
Baku
Friday, May 3, 2024

Ofis işçilərinin 50%-i şəxsi həyatını karyeraya qurban verir

Beynəlxalq işə götürmə portalı HeadHunter-in apardığı araşdırmalara əsasən ofisdə işləyən insanlardan hər ikinci şəxs öz şəxsi həyatını karyerasına qurban verir.

Sorğuda iştirak edən insanlardan yalnız üçdə biri şəxsi həyatı ilə karyerası arasında balansın olduğunu qeyd edib.

Hər onuncu ofis işçisi könüllü əməksevərdir. Onun öz işinə qarşı olan marağı şəxsi, könüllü qərarıdır. Belə nümayəndələr arasında kişilərin sayı, qadınlardan daha çoxdur. Belə ki, kişilər 12%, qadınlar isə 7% təşkil edir.

Bir çox hallarda işçilər gecələri ofisdə qalmağı və həftə sonları işləməyi – böyük məmnunluqla etmirlər. Hər üçüncü şəxs əmək haqqı qazanmaq və başqa iş tapa bilmədiyi üçün öz şəxsi həyatını işinə qurban verir. Ofis işçilərinin 20%-i başqa cür uğurlu karyera əldə etmək mümkün olmadığından işi ailədən üstün tutur. 27% işçilər karyeranı könüllü şəkildə ilk planda saxladıqlarına baxmayaraq, daha az işləməyə və özünə zaman ayırmaqdan imtina etməyəcəklərini bildirmişlər.

Ofis işçiləri karyera naminə daha çox istirahəti və ruhi sakinliyi qurban verirlər. Çox işləyən şəxs daha çox sağlamlıq, ailə, hobbi və dostlarına lazımı qayğını göstərə bilmir. Karyera pilləsində isə nəyisə qurban vermədən yuxarı pillələrə doğru irəliləmək mümkün olmur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər