6 C
Baku
Saturday, December 14, 2024

Ofisdə işləməyin mənfi cəhətləri

Hər hansı bir ofisdə işə düzələrkən biz heç ağlımıza da gətirmirik ki, bu ofis əməkdaşlarla birgə bizim sağlamlığımıza və əhvalımıza necə pis təsir göstərə bilər.

1. Əgər artıq işdən ürəyiniz bulanırsa, bunun səbəbini ofis binasında axtarın…

İşdən ürəyi bulanmaq bəzi hallarda elə həqiqi mənada da özünü göstərir. Ekspertlərin müəyyən etdiyinə görə, bəzi ofis binaları həqiqətən də əməkdaşların ürək bulanmasına səbəb ola bilər. Buna səbəb isə binada havalandırma sisteminin pis qurulması, binanın inşa edildiyi tikinti materiallarının tərkibinə daxil olan kimyəvi məhlullar və yaxud sadəcə pis qoxu ola bilər. Belə bir vəziyyətdən xilas olmaq üçün isə əməkdaşa binanı tərk etmək kifayət edər.

2. Ofis stulu – işçinin əsas düşməni

Oturaq həyat tərzi insan sağlamlığına bərpa olunmaz zərərlər yetirir. Daha dəqiq desək, az hərəkət etmək və kompüter arxasında uzun müddət işləmək insanların çox uzun illər yaşamaq şanslarını 40% azaldır. Razılaşın ki, bu narahat olmağa kifayət qədər vacib bir haldır.

3. Əməkdaşlarınız xəstəlik daşıyıcılarıdır

Təxminən 75% xəstəlik törədən bakteriyaları ofisə sizin əməkdaşlarınız gətirir və bu artıq elmi cəhətdən sübut olunub. Özünüzü xəstəlikdən qoruya bilərsiniz, bunun üçün şəxsi gigiyena qaydalarına yaxşı əməl etməli və ümumi istifadə olunan əşyalarla az təmasda olmalısınız.

4. Ofisdə kompüter virusları ilə yanaşı, daha təhlükəli viruslar mövcuddur

Amerika alimlərinin araşdırmalarına əsasən ofis mebelində və xalça üzərində çoxlu ziyanlı həşəratlar yaşayır. Onlar gün ərzində sizlə qidalanır, gecələr isə yataraq səhər ki, qurbanlarını gözləyirlər. Bu həşəratlar da xəstəliklərin yayılmasına səbəb olurlar.

5. Ofisin daxilindəki temperatur sizin tələblərinizə cavab vermir

Problem ondadır ki, yayda ofisin daxili həddindən artıq soyudulur, qışda isə həddindən artıq qızdırılır. Yəqin ki, bu hal bir çox ofis işçilərinə tanışdır. Temperaturun düzgün tənzimlənməməsi işçinin narahatlığına və əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olur.

Son xəbərlər
Digər xəbərlər