31 C
Baku
Sunday, June 16, 2024

Oğul və qoca atası

Qədim zamanlarda bir şəhərdə belə bir adət var idi: qocaları çayda batırmaq. Evin sahibi qocaldıqda oğlu onun əlindən tutaraq çayın kənarına gətirir və suya atırdı.

Bir gənc oğlanın da atası qocalır və oğlu ona deyir:

— Mənimlə gedək, ata! Sən də artıq qocalmısan və səni batırmaq zamanı gəlib çatıb.

Qoca çarəsizcə onun ardınca getdi. Oğlu onu çayın sahilinə gətirdi və qoca atasının qolundan tutub dalğaların qucağına atmaq istədikdə yaşlı ata dedi:

—Yalvarıram, oğlum, məni məhz bu yerdə batırma!

Bu sözləri eşidən gənc düşündü və öz-özünə dedi:

— Mənim atam da öz atasını məhz elə bu yerdə batırıb. Gün gələcək mən də qocalanda oğlum eyni hərəkəti edərək, məni burda batıracaq.

Bunları düşünən gənc oğlan atasına rəhm etdi və onu geri evə gətirdi. Bundan sonra o atasının qayğısına qalmağa başladı. Tezliklə bu hadisə barədə bütün şəhərə xəbər yayıldı və şəhərin sakinləri artıq qocaları çayda batırmaq adətini tərk etdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər