10 C
Baku
Friday, December 13, 2024

Okeanın dibindən çıxarılmış “xəzinələr”

Uzun illər boyu sərvət ovçuları suları ram edirlər. Böyük sərvət əldə etmək arzusu ilə onlar bir neçə dəfə okeanın dibinə dalırlar. Bugünkü günümüzdə dəniz quldurlarının inanılmaz sərvətləri haqqında əfsanələr gəlib çatıb. Kolumbun Amerikanı kəşf etdikdən sonra çox saylı gəmilər Cənubi Amerikadan Avropaya qızıllar və digər dəyərli mallar daşıyırdılar.

Deyilənlərə görə, bir çox gəmilər mənzil başına gəlib çata bilməmişdilər. Və, yəqin ki, onlar okeanın dərinliklərinə qərq olublar. 

Biz sizə buünkü gündə tapılmış bir neçə gəmilərdən və tapıntılardan danışacağıq.

1. 2007-ci ildə Odyssey Marine Exploration şirkəti 1804-cü ildə batmış ispan gəmisindən 15 tonn qızıl və gümüş sikkələr çxartmışdı. Tapıntının dəyərini $500 milyon olaraq qiymətləndirmişdilər. Xəzinəni dərhal Mayamiyə göndərirlər. İspaniya hökuməti tapıntıdan xəbər tutan kimi Floridanın gəmisini məhkəməyə verirlər və tapıntının onların haqqı olduğunu bidirirlər.

1374837652_8

2009-cu ildə yekun qərar çıxardılır. Xəzinə tamamilə İspaniyaya göndərilir.

2. 2011-ci ildə Atlantik okeanının dibindən Şimali Karolinanın yaxınlığında 18-ci əsrlərin məşhur Qara saqqal piratının gəmisindən yer üzünə top çıxardılır. 1718-ci ildə pirat Britaniyalılar tərəfindən tutulmuş və öldürülmüşdü. Onun «Kraliça Annanın qisası» adlı məşhur gəmisi isə Bofort şəhəri, Şimali Karolinanın yaxınlığında batırılmışdı.

1374837690_boroda (1)

Topun heyranedici ölçüləri var: onun uzunluğu 2,5 metr, çəkisi isə 900 kiloqram təşkil edir. Lakin top yeganə tapıntı deyildi. Topdan əvvəl batmış əfsanənin göyərtəsindən qablar, zinət əşyaları, tibb alətləri və silah çıxarılmışdı.

3. 2012-ci ilin fevral ayında sərvət ovçusu Qreq Bruks rəsmi olaraq ictimaiyyətə onun və onun komandasının Atlantik okeanının dibindən, Yeni İngiltərənin sahillərindən 80 km dərinliyində İkinci Dünya müharibəsi zamanı batmış «Nikolson limanı» adlı gəmini aşkarladıqlarını bəyan edirlər. Bruksun sözlərinə görə, gəmidə ümümi çəkisi 71 ton təşkil edən platinium külçələri ilə dolu 30 yeşik var idi. Bu yükü Böyük Britaniya və SSSR ABŞ-a silah təchizatına görə verməli idi. Əgər bu belədirsə, tapıntının dəyəri $3 milyard təşkil edir.

1374837763_port

Bruksun dediklərini sualtı çəkilişlər sübut edir. Çəkilişlərdə görünür ki, həqiqqətən də külçələrə oxşayan əşyalar çıxardılır. Ekspedisiyanın taleyindən daha heç bir məlumat yoxdur.

4. 2013-cü ilin martında «sualtı arxeoloqlar» okeanın dibindən raketin beş mühərrikindən ikisini çıxardırlar. Bu raket 1969-cu ildə Nil Armstronq ilə birlikdə ekipajı kosmosa çıxartmışdı. Axtarışlar üç həftəyə yaxın davam etmişdi, mühərriklər 4 km dərinliyində aşkarlanmışdı.

1374837725_9

Əfsanəvi «Apollon 11» 44 il bundan əvvəl Aya yola düşmüşdü və öz məqsədinə çatmışdı. Nil Armstronq Aya uçan və ora enən ilk insan olmuşdu. Bərpa işlərindən sonra mühərriklər aviasiya və kosmonavtikanın Milli muzeyində nümayişə çıxardılacaqlar.

5. 1941-ci ildə İrlandiyanın sahillərindən alman sualtı qayığı ilə Britaniyanın “SSGairsoppa» adlı yük gəmisi batırılmışdı. Gəminin göyərtəsində çox saylı gümüş külçələri var idi. 70 ildən sonra gəminin demək olar ki, dəqiq yerini müəyyənlişdirmək olmuşdu. Bu alman sualtı qayığının komandirinin hesabatının araşdırılması sayəsində mümkün olmuşdu. Bu il Atlantik okeanının dibindən bir neçə ton gümüş çıxardılmışdı. The New-York Daily News məlumatına görə, tapıntının dəyəri $35 milyon qiymətləndirilir. Keçən il Odyssey Marine Exploration şirkəti 48 ton gümüş çıxartmağa müvəffəq olmuşdu.

1374837740_15

Həmin şirkətin verdiyi məlumata əsasən, bu vaxta qədər yer üzündə batmış yükün 99%-i çıxardılıb.

Son xəbərlər
Digər xəbərlər