8 C
Baku
Thursday, December 12, 2024

Yanvar-oktyabr aylarında ölkədə əczaçılıq məhsullarına 553 milyon manatdan çox pul xərclənib

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar  əczaçılıq məhsulları və tibbi ləvazimatlara 553.3 milyon manat xərcləyib.

Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.8% artım deməkdir. Təkcə oktyabr ayında isə əhaliyə 55,1 mln. manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da sentyabr ayı ilə müqayisədə 6% azdır.

2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunmuşdur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz bəndi çoxdur.

Son xəbərlər
Digər xəbərlər