16 C
Baku
Thursday, April 25, 2024

Oktyabrda biznes kreditləri 350 milyon manatdan çox artıb

30 oktyabr 2021-ci il tarixində Azərbaycan bankları tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 15 milyard 997.3 milyon manata çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, müştərilərə verilmiş kreditlər 2021-ci ilin oktyabr ayında 458.6 milyon manat, ötən ilin sonuna nisbətən isə 1 milyard 840.3 milyon manat artıb.

Biznes kreditləri oktyabr ayında 350.1 milyon manat artaraq 9 milyard 352.4 milyon manata çatıb.

İstehlak kreditləri oktyabr ayında 75.7 milyon manat artaraq 4 milyard 314.7 milyon manata yüksəlib.

İpoteka kreditləri oktyabr ayında 32.8 milyon manat artaraq 2 milyard 330.2 milyon manata qalxıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər