10 C
Baku
Friday, December 13, 2024

Oktyabrda gömrük üzrə büdcə daxilolmaları 9% azalıb

Oktyabr ayında gömrük üzrə büdcə daxilolmaları 419 milyon 291.5 min manat təşkil edib. Bu, sentyabr ayı ilə müqayisədə 41 milyon 96.7 min manat və ya 8.9% azdır.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi hesabata əsasən xəbər verir.

Qeyd edək ki, ötən ilin oktyabr ayı ilə müqayisədə cari ilin oktyabrında gömrük üzrə daxilolmalar 52 milyon 235.7 min manat və ya 14.2% artıb.

Son xəbərlər
Digər xəbərlər