32 C
Baku
Tuesday, June 18, 2024

Ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? – AÇIQLAMA

Bu ilin 9 ayında “Muğan Bank”la yanaşı, başqa bankda da zərər qeydə alınıb.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanda aktivlərinin həcmi az olan banklar fəaliyyət göstərir. Amma təbii ki, aktivlərin həcmi yeganə meyar deyil. Burada digər meyarlar da var. “Muğan Bank” aktivlərinin həcminə görə Azərbaycanda faliyyət göstərən 24 bankdan 16-cı idi. Bu ondan xəbər verir ki, nisbətən zəif hesab edilən bankların sağlamlaşdırılması ilə bağlı proqramın hazırlanıb icra edilməsinə ehtiyac var. Bununla da biz növbəti dövrdə bankların müflisləşməsini deyil, onların sağlaşdırılmasını müşahidə etməliyik. Həmin bankların ciddi şəkildə dəstəklənməsi ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var.

“Xüsusən bankdaxili idarəetmədə şəffaflığın təmini sahəsində fəaliyyətin gücləndirilməsi önəmlidir. Çünki müflis olan bankların təcrübəsi göstərir ki, yaranan problemlərdən biri bankdaxili idarəetmədə şəffaflığın zəif olmasıdır”, – deyə deputat əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər