14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Ölkədə elektrik enerjisi istehsalı bu ilin 10 ayı üzrə azalıb

faizlere

2020-ci ilin  yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 138,5 mln.kVt·st azalaraq 21301,3 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 315,2 mln. kVt·st artaraq 20063,7 mln. kVt·st, SES-lərdə 455,0 mln. kVt·st azalaraq 946,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,2 mln. kVt·st artaraq 291,2 mln. kVt·st olub. Bu dövrdə Külək  Elektrik Stansiyalarında 82,82 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 42,44 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 166,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Banker.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 18998,5 mln. kVt·ts (İES-lərdə 18214,3 mln. kVt·st, SES-lərdə 784,2 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 356,0 mln. kVt·st (İES-lərdə 175,3 mln. kVt·st, SES-lərdə 143,7 mln. kVt·st, Günəş ES-də 37,0 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1946,8 mln. kVt·st təşkil edib.

Belə ki, bu dövrdə elektrik enerjisinin ixracı 901,7 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 208,6 mln. kVt·st, idxalı isə 115,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 5,7 mln. kVt·st azalıb.

Həmçinin onu da qeyd edək ki, 2020-ci ilin on ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1895,7 mln. kVt·st, ixracı 59,8 mln. kVt·st, idxalı 10,8 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 24,7 mln. kVt·st, ixrac 14,5 mln. kVt·st, idxal isə 1,5 mln. kVt·st artıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər