Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4.8 % artaraq 39.4 milyard manata, əhalinin hər nəfərə düşən məbləği isə 3.5 % artaraq 4 180.5 manata çatmışdır.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin 68.8 %-i son istehlaka, 8.7 %-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.0 %- isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.