12 C
Baku
Thursday, March 28, 2024

Ölkə bankları manat tapmaqda çətinlik çəkir

Bu gün ölkənin bankları manat cəlb etməkdə çətinlik çəkirlər.  21 Fevral tarixində manatın məzənnəsində baş vermiş devalvasiyadan sonra, banklarda likvid dolların daha da çoxalmasıdır. Manatın isə nisbətən azlıq təşkil etməsi banklarda bir sıra problemlərin yaranmasına gətirib çıxarır.

Manatın çatışmaması banklar üçün bir sıra problemlərə yol açıb.

İlk növbədə banklarda manat çatışmadığına görə, bankların kreditləşməsinə təsir göstərir.  Onsuzda hazırda manat kreditlərinin riskli olması faktoru hazırda kifayət qədər aktual bir sualdır- əlavə olaraqda likvid manat kütləsinin olmaması, bu situasiyanı bir qədərdə çətinləşdirir.

Təbii ki, banklar əhaliyə dollarla kredit təklif etməklə dollarla olan vəsaitləri azaltmaq istəyir. Lakin belə vəziyyətdə də zərbə dollarla kredit əldə etmək istəyən əhaliyə dəyir.

Bankların əhalidən manat cəlb etməsi, ilk növbədə manatla verilən əmanətlərdə yüksək faizlərin təklif edilməsində daha aydın görünür.  Belə ki, banklar digər valyutalar üzrə daha aşağı faiz təklif etməklərinə baxmayaraq, manatla təqdim etdikləri əmanətin faizlərində ciddi artımlar ediblər. Qısaca bu gün ölkənin bankları əhalidə olan milli valyutaları almaq üçün bir çox yollarla əhalini şirnikləndirici yollara əl ətmağa hazırdırlar.

Mütəxəssislər, banklarda manat kütləsinin sürətlə azalmasını əsasən, manatla olan əmanətlərin vaxtından tez bağlanmasında görürlər. Qeyd edək ki, manat əmanətləri bir neçə ay ərzində təxminən 30% azalmışdır.

Son xəbərlər
Digər xəbərlər