Azərbaycanda ümumi daxili məhsulun həcmi 2020-ci ilin ilk 4 ayında 22 milyard 400,5 min manat təşkil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ümumilikdə ölkə iqtisadiyyatı cari ilin yanvar-aprel ayları ərzində 0,2 faiz böyüyüb. Lakin, bunun, cəmi 4 milyard 79,4 milyon manatı aprel ayı üzrə təşkil edib, bu 2019-cu ilin aprel ayında 5 milyard 701,7 milyon manat idi. İllik müqayisədə builki aprel ayında ÜDM 28% kiçilib.
Qeyri-neft sektoru isə cari ilin yanvar-aprel ayları ərzində 0,8% kiçilərək 14 milyard 529,7 milyon manat təşkil edib.
Digər bir göstərici isə, 2020-ci ildə adambaşına düşən ÜDM-nin həcmi 0,7% az, yəni, 2 249,7 manat təşkil edib.