Azərbaycan iqtisadiyyatında xalis vergi yükünün həcmi 10.6%-ə qədər artıb. Ölkə iqtisadiyyatının ilin ilk beş ayında 1.7% kiçilməsinə baxmayaraq ölkədə xalis verginin həcmi, əksinə, böyüyüb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-may ayları üzrə göstəricilərinə istinadla xəbər verir.
Bu isə 2.91 mlrd. manat deməkdir. Bildirmək istərdik ki, cari ildə Azərbaycanda ÜDM-nin ümumi həcmi ilin ilk beş ayında 27.48 mlrd. manat olub.
Ötən ilin eyni dövründə isə xalis verginin ölkə iqtisadiyyatında yükü 9.3% təşkil edirdi. Bu da həmin dövürdə 2.85 mlrd. manatlıq həcmi əhatə etməsi deməkdir.