Bu ilin mart ayının 1-nə ölkə üzrə uçotda olan 1 420 834 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Banker.az verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 9,9 faiz artıb.