Azərbaycan Respublikasında əhalinin nominal gəlirləri 2022-ci ilin yanvar-mart aylarında 20 milyard 463.2 milyon manat olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Bu da illik müqayisədə 19.5% artımdır.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2 037.5 manat olub.
Bu da illik müqayisədə 19.1% yüksəlişdir.
Qeyd edək ki, hazırda Azərbaycanda inflyasiya 12.4% təşkil edir.