Azərbaycanın 2022-ci ilin ilk səkkiz ayı üzrə əhalinin nominal gəlirləri 44 milyard 481.2 milyon manat olub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu da illik müqayisədə 20% artımdır.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 2022-ci ilin yanvar-avqust aylarında 4 423 manat olub.
Bu da illik müqayisədə 19.5 artım dinamikasıdır.
Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin avqustunda istehlak qiymətləri indeksi öncəki ilin eyni ayına nisbətdə 20.8 artıb.