11 C
Baku
Wednesday, December 11, 2024

Ölkədə daşınmaz əmlaka ən çox sərmayə qoyanlar

Dünyanın ən varlı 200 min insanı kapitallarının təxminən 1/5 hissəsini daşınmaz əmlakda saxlayır. Bu adamların malik olduqları daşınmaz əmlakın ümumi dəyəri 5 trilyon dollardan artıqdır.

Beynəlxalq “Savills”daşınmaz əmlak agentliyi və “Wealth-X” transmilli əmlak bürosunun apardığı araşdırmaların sonucunda hazırlanan hesabatda bu rəqəmlər yer alıb.

Hesablamalara görə, hazırda dünyadakı bütün daşınmaz əmlakın toplam dəyəri təqribən 180 trilyon dollardır. Bu məbləğin 72 faizi sahiblərinin yaşayış yeri qismində istifadə etdikləri yaşayış binaları, evlər və mənzillərin payına düşür. Müntəzəm dövriyyədə olan investisiya obyektlərinin ümumi dəyəri 70 trilyon dollardır. Həmin məbləğin 20 trilyon dolları kommersiya obyektləridir.

Dünyadakı bütün daşınmaz əmlakın 3 faizi və ya 5,3 trilyon dolları UHNWI (Ultra High Net Worth Individuals) adlandırılan ən varlı adamlara məxsusdur. Bu adamların hər birinin varidatı 30 milyon dollardan çoxdur.

Həmin şəxslər Yerdəki insanların cəmi 0,003% faizini təşkil edirlər.

UHNWI-lərin əllərindəki əmlakın 80 faizi Avropa və Asiyanın ən varlı adamlarına məxsusdur. “Savills”in hesablamalarına görə, avropalılar kapitallarının 31 faizini, asiyalılar isə 27 faizini daşınmaz əmlakda saxlayırlar.

UHNWI mənsubları tərəfindən daşınmaz əmlaka ən çox sərmayə qoyanlar Almaniyadadır. Bu ölkənin 17820 ən varlı sakininin 945 milyard dollarlıq daşınmaz əmlakı var.

Son xəbərlər
Digər xəbərlər