23 C
Baku
Thursday, April 25, 2024

Ölkədə hava nəqliyyatında işçilərin orta aylıq əməkhaqları azalıb

Azərbaycanda son üç ayda aeroportda çalışan işçilərin orta aylıq əmək haqları azalıb.

Bunu Banker.az Dövlət Statistika Komitəsindən əldə edib.

Məlumata görə, hava nəqliyyatı üzrə sektorda işçilərin orta aylıq əmək haqları 2022-ci ilin 1 aprelinə 1 524 manat olduğu halda, 1 iyul 2022-ci il tarixinə 1 522 manat təşkil edib. Bu da son üç ayda orta aylıq əmək haqlarının 2 manat, yaxud 0.13% azalmadır.

Lakin, bildirək ki, ötən ilin müvafiq dövründə işçilərin əmək haqları orta aylıq 1 323.2 manat idi. Yəni illik müqayisədə 15% artım olub.

Hava nəqliyyatında çalışan işçilərin sayı isə son üç ayda 12 102 nəfərdən 11 994 nəfərə düşüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər