12 C
Baku
Wednesday, December 11, 2024

Ölkədə iqtisadi böhran proqnozlaşdırılır

Dünya Bankının (DB) ekspertləri ehtimal edir ki, Krımın birləşdirilməsi ilə bağlı diplomatik böhran davam edərsə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) bu il 1,8% azala bilər. 

Onların ehtimalına görə, siyasi münaqişənin intensivləşməsi sərmayələri aşağı sala bilər və şirkətləri Rusiya bazarından çəkindirər. DB ekspertlərinin hesabatında bildirilir ki, 20-21 martda ABŞ və Avropa Birliyi “qara siyahıya” salınmış Rusiya deputatlarının, iş adamlarının və hökumət üzvlərinin sayını artırıblar. Vladimir Putinə yaxın olan bu adamların ABŞ və Avropa Birliyinə (AB) girişi qadağan edilir, onların ABŞ və AB-dəki hesabları və mülkiyyət hüquqları dondurulur.

Hələ ki, Rusiya iqtisadiyyatının sahələrinə qarşı iqtisadi sanksiyalar tətbiq edilməyib, amma Vaşinqton və Brüsseldə bunun mümkünlüyündən danışmağa başlayıblar.

ANS

Son xəbərlər
Digər xəbərlər