7 C
Baku
Thursday, December 12, 2024

Ölkədə kredit ittifaqlarının maliyyə vəziyyəti pisləşir

Azərbaycanda kredit ittifaqları 2022-ci ilin birinci rübünü də zərərlə tamamladı.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit ittifaqları ilin yanvar-mart ayları ərzində 0.5 mln. manat həcmində kreditlər üzrə faizlərdən gəlir əldə edib. İttifaqlar 0.03 mln. manat faizlər üzrə xərc, 0.3 mln. manat qeyri-faiz gəlirləri, 0.3 mln. manat qeyri-faiz xərcləri etmiş.

Beləliklə, 0.4 mln. manatlıq zərər etmişlər (2021-ci ilin eyni dövründə 0.6 mln. idi zərər).

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Mərkəzi Bankın lisenziya təqdim etdiyi Kİ-lərin sayı 42-dir.

Son bir illik müqayisə göstərir ki, Kredit ittifaqları bank və BOKT-lardan fərqli olaraq maliyyə vəziyyətlərini düzəldə bilmir, bazarda yavaş-yavaş mövqe itirirlər.

KREDİT BAZARINDA MÖVQE İTİRİR

Son ildə kredit ittifaqlarının aktivlərinin həcmi 5.2% azalaraq 14.5 mln. manata düşüb. Aktivlərin 12.4 mln. manatı isə kredit portfeli, qalan 1 mln. manatı hesablanmış faizlər və 0.8 mln. manatı isə pul vəsaitləri təşkil etmişdir.

Kİ-lərin 4.9mln. manatlıq öhdəliklərinin 4.5 mln manatı alınmış kreditlər təşkil edib.

Cəmi kapitalları 9.6 mln. manat olmaqla, burada 7.8 mln. manatı nizamnamə kapitalları və 1.8 mln. manatı bölüşdürülməmiş mənfəəti olub.

3424343242342342 42342344423423

Son xəbərlər
Digər xəbərlər