Azərbaycanda oktyabr ayında noutbukların qiyməti bahalaşıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bütün qiymətlər orta ölçüdə götürülür.
Məlumata görə, oktyabr ayında 1 ədəd noutbukun orta qiyməti 1237.31 manatdan 1259.01 manata qalxıb. Beləliklə, aylıq 21.7 manat və ya 1.8% bahalaşma olub.
Ötən ilin eyni dövründə noutbukların qiyməti 875.94 manat olub. İllik müqayisədə qiymət artımı 383.07 manat və ya 44%-dir.
Bu ilin oktyabrında əvvəlki aya nisbətən fərdi kompüterin qiyməti 1061.03 manatdan 1080.95 manata, planşet kompüterin qiyməti isə 400.80 manatdan 401.72 manata qədər yüksəlib.