10 C
Baku
Wednesday, December 11, 2024

Ölkədə turistlərin bank kartları ilə əməliyyatı dördqat azalıb

Azərbaycanda əcnəbilər tərəfindən bank kartları ilə aparılan əməliyatların həcmi kəskin şəkildə azalıb.

Banker.az-a bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2020-ci ilin yanvar-may aylarına olan “ixrac icmalında” deyilir.

Bank əməliyyatları cari ilin yanvar-may ayları ərzində 256 mln. manat təşkil edib ki, bunun da 24.3 mln. manatı təkcə may ayını əhatə edir. Qısaca bir qeydlə bildirək ki, ötən ilin eyni dövründə 100.9 mln. manatlıq əməliyyatlar aparılmışdı. Ötən ilin ilk beş ayı ilə müqayisədə bu il 2 dəfəyə yaxın, may ayı ilə müqayisədə isə dördqat azalma baş verib.

Bildirməliyik ki bu koronavirus pandemiyası səbəbindən mart ayının ikinci dekadasına qədər ölkənin sərhədlərindəki qapılar turistlərin üzünə qapanıb. Lakin, bu azalma pandemiya duyulmadğı 2019-cu ildə də qeydə alınmışdı. 2018-ci ilin eyni dövründə ölkədə bank kartları üzrə 513.7 mln. manatlıq əməliyyatlar aparılmışdı.

Son xəbərlər
Digər xəbərlər