Bu ilin yanvar-aprel aylarında ölkədən 10 min 962 ton şəkər tozu ixrac olunub.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ixrac edilən şəkər tozunun dəyəri 4 milyon 504 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 4 milyon 438 min dollarlıq 9 min 881 ton şəkər tozu ixrac edilib. Şəkər ixracı məbləğ ifadəsində 1,5%, miqdar ifadəsində isə 11% artıb. Miqdar ifadəsində artımın məbləğ ifadəsindəki artımdan daha çox olması şəkərin xarici bazarlara satış qiymətinin aşağı düşdüyünə işarədir.