7 C
Baku
Sunday, December 15, 2024

Ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlara bildirişin göndərilməsi vacib sayılıb

Ombudsman ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiliyi ilə bağlı müddəaların qanunvericiliyə daxil edilməsi təklif edir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyət barədə həmin şəxsin məlumatlandırılmaması, bununla bağlı məlumatın yalnız şəxsiyyət vəsiqəsinin (ümumvətəndaş pasportunun) dəyişdirilməsi zamanı və ya sərhədi keçərkən bildirilməsi onların digər hüquqlarının da məhdudlaşdırılmasına səbəb olur. Bu baxımdan, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiliyi ilə bağlı müddəaların qanunvericiliyə daxil edilməsi bir daha təklif edilir.

Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs, eyni zamanda Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu, azadlıq hüququnun mühüm elementlərindən biridir. 8 Azәrbaycan Respublikasının İnsan Hüquqları üzrә Müvәkkilinin (Ombudsmanın) 2023-cü il üzrә mәruzәsi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsində vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsasları göstərilib.

Şikayətlərin təhlilindən görünür ki, ölkədən çıxışa müvəqqəti məhdudiyyətin qoyulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsinə dair məhkəmə qərarları da bəzən icra olunmur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər