1 C
Baku
Saturday, December 14, 2024

Ölkədən xaricə qaz satışı 36 faiz artıb – Nazirlikdən açıqlama

Cari ilin 6 ayı ərzində ölkədən xaricə qaz satışı təxminən 9,1 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə  təqribən 4,7 milyard kub metr, Avropaya təqribən 3,2 milyard kub metr, Gürcüstana isə 1,2 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kub metrdən çox qaz nəql olunub.

Banker.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, 2021-ci ilin yanvar-iyun ayları üzrə  təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür.

Belə ki, neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 faiz azdır.

 

2.%20neft%20AZE

Son xəbərlər
Digər xəbərlər