8 C
Baku
Thursday, December 12, 2024

Ölkədaxili paylayıcılara qaz satan iri dövlət şirkətinin gəlirləri 9%, xalis mənfəəti isə 72% azalıb

Azərbaycanda ölkə daxilində təbii qaz paylayıcısı “Azəriqaz” İB-nə və digər şirkətlərə satışını həyata keçirən “Azərkontrakt” ASC-nin 2023-cü il maliyyə nəticələri açıqlanıb və şirkətin ümumi gəlirində əvvəlki ilə nisbətən azalma müşahidə edilib. Bu da onun illik xalis mənfəətinin kəskin düşməsinə gətirib çıxarıb.

Banker.az xəbər verir ki, bu barədə “Azərkontrakt”ın audit hesabatında bildirilir.

Şirkətin 2023-cü ildə ümumi gəliri 1 milyard 520.8 milyon manat təşkil edib ki, bu da 2022-ci ildəki 1 milyard 674.7 milyon manat ilə müqayisədə 9.2% azalmadır. Əməliyyat xərcləri isə daha az – 1.4% azalma ilə 1 milyard 502.2 milyon manata düşüb.

Xərclərin strukturu:

Təbii qazın maya dəyəri 1 milyard 383.6 milyon manat olmaqla, 2022-ci ildə qeydə alınmış 1 milyard 408.6 milyon manatdan 1.8% azdır.

Bununla belə, naqil xərcləri və geoloji itkilər 2.7% artımla 76.6 milyon manat, təbii qazın yeraltı qaz anbarından götürülmə xərcləri 7.1% artımla 12.1 milyon manat, yeraltı qaz anbarı ilə bağlı itkilər 2.7% artımla 7.5 milyon manat, texnologiya sərfiyyatı 5% artımla 2.1 milyon manat, işçi heyəti ilə bağlı xərclər 2.2 dəfə artımla 2.6 milyon manat olarkən, təbii qazın yeraltı qaz anbarına vurulması xərcləri 4.4% azalma ilə 13.1 milyon manat olub.

2023-cü ildə təbii qazın nəqlindən gəliri illik müqayisədə 2% azalaraq 34.1 milyon manata düşüb.

Bütün gəlirlər və xərclər fərqindən sonra hesablanan xalis mənfəət 41.7 milyon manat olmaqla 2022-ci ildə qeydə alınmış 148.1 milyon manatdan 71.8% az olub.

BALANSI

“Azərkontrakt” ASC-nin aktivlərinin həcmi illik müqayisədə 11% artaraq 2023-cü ildə 636.4 milyon manat, cəmi kapitalı 18.6% artımla 274.8 milyon manat, cari öhdəlikləri isə 6.1% artımla 361.8 milyon manat olub.

“Azərkontrakt” təbii qazı “Azneft” İB, “Azerbaijan Gas Supply Company”, “Ümid Babək Əməliyyat Şirkəti”, “Bahar” Enerji Əməliyyat Şirkəti” və “Absheron Petroleum b.v”dan alaraq, “Azərenerji”, “Azəriqaz” və Naxçıvan Qaz İstismarı Xidmətinə satır.


 

“Azərkontrakt” ASC-nin funksiyaları bunlardır:

Daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınmasını, onun nəqlini, ölkədaxili paylayıcılara və istehlakçılara satışını həyata keçirmək;

-Dövlət ehtiyaclarının, strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili;

-məhsulların alınması və satılması üzrə birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik göstərilməsi;

-Daxili istehlak bazarının istehsal-texniki təyinatlı məhsulları və əsas xalq istehlakı mallarına olan tələbatının öyrənilməsi və mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyələr verilməsi;

-xammal və materiallarla təmin etməklə sənayenin inkişafı və istehsalın səmərəliliyinin yüksəldilməsinə kömək edilməsi, bu məqsədlə həmçinin xarici investisiyaların, bank kreditlərinin və digər maliyyə ehtiyatlarının cəlb edilməsi;

-mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara, habelə əhaliyə marketinq, nəqliyyat, kirayə, lizinq, informasiya və s. xidmətlərinin göstərilməsi.

Son xəbərlər
Digər xəbərlər