“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili reyslərə yeni qiymət tətbiq edəcək. Məlumata görə, biletlərin qiyməti 20% artırlacaq.
“Sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, eyni zamanda gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.” — deyə ADY-nin Banker.az-a daxil olan məlumatında deyilir.