-3 C
Baku
Sunday, December 15, 2024

Ölkədaxili və transsərhəd maliyyə əməliyyatlarına dair sənədlər 5 il saxlanacaq

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində məlumat və sənədlərin saxlanılması öhdəliyi müəyyənləşir.

Bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, öhdəlik daşıyan şəxslər ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədləri qanunvericilikdə daha uzun müddət nəzərdə tutulmadıqda, əməliyyat bitdiyi tarixdən sonra en azı 5 il ərzində saxlamalıdırlar. Öhdəlik daşıyan şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlər çərçivəsində apardıqları müştəri uyğunluğu tədbirlərinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri, işgüzar yazışmaları, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədləri qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, işgüzar münasibətlərə xitam verildikdən və yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən sonra en azı 5 il ərzində saxlamalıdırlar.

Qeyd olunan müddət maliyyə monitorinqi orqanının və ya nəzarət orqanının qərarı ilə hər bir xüsusi halda uzadıla bilər. Əməliyyata dair məlumat və sənədlər cinayət mühakimə icraatı zamanı onların sübut kimi istifadəsinin təmin edilməsi məqsədilə hər hansı əməliyyatın yenidən bərpa edilməsinə imkan verəcək qaydada saxlanılmalıdır. Öhdəlik daşıyan şəxslər tərəfindən saxlanılan məlumat və sənədlər maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, cinayət təqibi orqanlarına və məhkəmələrə (qanunla nəzərdə tutulmuş xüsusi rejimlə mühafizə edilən məlumat və sənədlər onların mühafizə rejiminə uyğun olaraq) sorğuda göstərilən müddətdə təqdim edilməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər