6 C
Baku
Sunday, December 15, 2024

Ölkəmizdə investisiya şirkətlərinin müştəri aktivləri 1.24 mlrd. manata yüksəlib

Azərbaycanda ötən il ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.

2021-ci il ilə müqayisədə investisiya şirkətlərinin müştəri aktivləri 324 mln. manat və ya 36% artaraq 1 mlrd. 236 mln. manata çatmışdır.

Müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olmuşdur.

2022-ci ildə xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 449 mln. manat, yaxud 77% artmışdır.

Digər tərəfdən isə portfel idarəetməsi üzrə müştəri aktivləri 42%(133 mln. manat) azalmışdır.

Sektor üzrə müştəri aktivlərinin artımı müsbət hal olsa da, sektorda müştəri aktivləri üzrə yüksək təmərküzləşmə mövcuddur.

İnvestisiya şirkətinin müştəri aktivləri əsasən aşağı riskli qiymətli kağızlara investisiya olunub. Belə ki, 2022-ci ildə investorlar vəsaitlərinin 52%-ni (641.5 mln. manat) aşağı riskli qiymətli kağızlar hesab olunan dövlət istiqrazlarına, 33%-ni (414.8 mln. manat) korporativ istiqrazlara və 11%-ni (142.3 mln. manat) pul vəsaitlərinə yatırmışdır.

AMB qeyd edir ki, bazarda riskli yatırımların az olması fonunda törəmə maliyyə alətlərinə tələb az olmuşdur.

Son xəbərlər
Digər xəbərlər