24 C
Baku
Monday, April 29, 2024

Ölkənin ən böyük pivə istehsalçısı AtaSığortanı seçdi

®Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan “AtaSığorta” ASC daha bir tenderin qalibi olub.  

“Carlsberg Azerbaijan” tərəfindən keçirilən əməkdaşlar üçün könüllü tibbi sığorta xidmətinin satın alınmasına dair tenderin qalibi AtaSığorta şirkəti seçilib. “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir, şirkət ölkədə ən böyük pivə istehsalçısıdır. 

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən tam lisenziyalı sığorta fəaliyyətini     həyata keçirir. Geniş filial şəbəkəsinə malik olan şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. 

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər