Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 413 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balansında 116 milyon dollar profisit olmuşdu.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 142,9 milyon dollarlıq profisit (ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 % az), kapital hesabındakı 0,7 milyon dollarlıq kəsir (eyni qalıb), maliyyə hesabındakı 1 milyard 224,7 milyon dollarlıq kəsir (23,2 % az), balanslaşdırıcı maddələr üzrə 330,5 milyon dollarlıq kəsir (17,8 dəfə çox) hesabına formalaşıb.