2 C
Baku
Saturday, December 14, 2024

Ölkənin xaricə nə qədər borcu var?

Hazırda ölkənin valyuta ehtiyatlarının əsas hissəsi Dövlət Neft Fondunda cəmləşib.

Ölkəmiz borclanmanı mümkün olduğu qədər aşağı endirir və beynəlxalq maliyyə bazarlarından maliyyə resurslarını az cəlb edir. Ölkə iqtisadiyyatına investisiyalar xaricdən cəlb edilən investisiyalardır, dövlət büdcəsindən və  Dövlət Neft Fondunun ayrılan vəsaitlər hesabına qoyulur.

Ölkənin dövlət borcu son bir ildə təxminən 100 milyon dollar artaraq 5,75 milyard dollardan 5,85 milyard dollara yüksəlib.

Belə ki, 2012-ci ilin sonunda ölkəmizin xaricə olan borcu təqribən 5,75 milyard dollar təşkil edirdi. Həmin ildə ölkəmizdə ümumi daxili məhsul istehsalının 68 milyard dollar , yəni, xarici dövlət borcunun ÜDM-in 8,4 faizi səviyyəsində idi. Bu hesabla da ölkədə adambaşına 615 dollar xarici borc olduğuna gətirib çıxarır.

Hazırda isə ölkəmizin xarici borcu ÜDM-in 8 faizi həcmindədir.

2013-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 73 milyard dollar olmuşdur, bu rəqəmlərin  8% -i isə təxminən 5,85 milyard dollar edir.  Bu da o deməkdir ki, 2013-cü ildə dövlət borcumuz 100 milyon dollar artıb.

Azərbaycan əhalisinin sayı ilə bağlı son göstəricilərdə isə əhalinin sayının  9 milyon 477 min 100 nəfər olduğu göstərilir.  Dövlər borcu isə  5,85 milyard dollar olduğunu halda, hər bir ölkə vətəndaşına 616 manat dövlət borcu düşür.

2014-cü ildə isə Respublikamızın şəhər və rayonlarında yerli gəlirlərə aid olan məbləğ 779,5 milyon manat olaraq təsdiq olunub.

Yerli xərclərə gəldikdə isə 1626,5 milyon manat, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 847,0 milyon manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.