“Bakı Fond Birjası” QSC 2025-ci ili 1.76 mln. manat xalis zərərlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 75.8% çoxdur. Banker.az bunu Fond birjasının illik audit hesabatına istinadən xəbər verir. Hesabatı “BDO Azərbaycan” audit şirkəti aparıb.
Fond birjasında zərərin artmasına əməliyyat zərərinin 31.4% artaraq 1.91 mln. manata yüksəlməsi, əməliyyat xərclərinin gəlirlərdən daha sürətlə artmasından ciddi təsirlənib. Hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəət 2.2 mln. manat olub ki, bu da illik müqayisədə 40.8% azdır.
2025-ci ildə fond birjasının ümumi gəlirləri 3.66 mln. manata çataraq əvvəlki illə müqayisədə 38.0% artıb. Bu artım əsasən komissiya gəlirlərinin 27.6% artaraq 3.27 mln. manata, digər xidmət gəlirlərinin isə 343.4% artaraq 389.0 min manata yüksəlməsi ilə bağlıdır. Bununla yanaşı, ümumi əməliyyat xərcləri 5.56 mln. manata yüksələrək 35.7% artıb. Əməkhaqqı xərcləri 35.2%, inzibati xərclər 46.9%, amortizasiya xərcləri isə 3.2% artıb.
Fond birjasının cəmi aktivləri 2025-ci ilin sonunda 10.94 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3.9% çoxdur. Fond birjasının kredit portfeli mövcud deyil. Aktivlərin əsas hissəsini 6.23 mln. manatlıq investisiya qiymətli kağızları təşkil edib ki, bu da cəmi aktivlərin təxminən 57.0%-nə bərabərdir. Bundan başqa, qeyri-maddi aktivlər 4.65 mln. manata yüksələrək 191.4% artıb.
Hesabat dövrünün sonunda BFB-nin cəmi öhdəlikləri 3.78 mln. manat olub və bu göstərici illik müqayisədə 140.3% artıb. Artım əsasən uzunmüddətli lizinq öhdəliklərinin 264.4% artaraq 3.24 mln. manata yüksəlməsi ilə əlaqədardır. Cəmi kapital isə 7.16 mln. manata enərək 20.0% azalıb. Şirkət 2025-ci ildə xəzinə səhmləri üzrə 239.9 min manat məbləğində alış həyata keçirib.
Xatırladaq ki, “Bakı Fond Birjası” QSC Azərbaycanın yeganə fond birjasıdır və ölkədə səhm, istiqraz, dövlət qiymətli kağızları, repo əməliyyatları və digər maliyyə alətlərinin ticarət platformasını idarə edir. Səhmdarların Tam Siyahısı belədir:
- ASB Bank ASC – 9.5239%
- BFB – 4.7619%
- “Dəmir İnvestisiya Şirkəti” QSC – 4.7619%
- “Capital Partners” LLC – 4.7619%
- “Brokdil-Az” LLC – 4.7619%
- “INNO Kapital İnvestisiya Şirkəti” (əvvəlki adı: “PSG-Capital İnvestisiya Şirkəti” QSC) – 4.7619%
- “Bank of Baku” ASC – 4.7619%
- “Kapital Bank” ASC – 4.7619%
- “Global Yatırım Holding AŞ” (əvvəlki adı: “Global Menkul Degerler” A.S.) – 4.7619%
- “Borsa Istanbul” A.S. – 4.7619%
- “Mars Investment” LLC – 4.7619%
- “Respublika Invest” LLC – 4.7619%
- “International Bank of Azerbaijan” ASC – 4.7619%
- “UniCapital İnvestisiya Şirkəti” ASC – 4.7619%
- “United Credit Bank” ASC (ləğv prosesindədir) – 4.7619%
- “Yapi Kredi Bank Azerbaijan” ASC – 4.7619%
- “Caspian Financial LTD” LLC – 4.7619%
- “Xalq Kapital İnvestisiya Şirkəti” QSC – 4.7619%
- “Invest-AZ İnvestisiya Şirkəti” QSC – 4.7619%
- “Invest-AZ Yatırım Menkul Degerler” A.S. – 4.7619







