12 C
Baku
Wednesday, December 11, 2024

Ölkəyə 14 ədəd “İphone 14 Pro”nu qanunsuz keçirmək istəyən şəxs saxlanılıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 14 ədəd mobil telefonun qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Banker.az xəbər verir, “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunun gəliş zalında şübhəli hərəkətləri ilə diqqət çəkən şəxs nəzarətə götürülüb.

Həmin şəxs gömrük ərazisini tərk edərkən gömrükçülər tərəfindən saxlanılıb və yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilən 8 ədəd “İphone 14 Pro” və 6 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər