2 C
Baku
Saturday, December 14, 2024

Ölkəyə “ağ qızıldan” valyuta daxilolmaları artmaqdadır – Əsas pay ən iri özəl ixracatçı “MKT İK”nin payına düşür

2024-cü ilin ilk rübündə Azərbaycan xaricə ümumilikdə 37.49 min ton və ya 56.48 mln. dollarlıq pambıq lifi ixrac edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2023-cü ilin müvafiq dövründə isə xaricə 16.94 min tonluq və ya 31.29 mln. dollarlıq pambıq lifi ixrac edilmişdi.

Burada diqqət çəkən məqam Azərbaycanın son bir ildə tapılan yeni müştərisi Türkmənistan ilə bağlıdır. Ölkə 2024-cü ilin ilk rübündə Azərbaycandan daha 4.41 min tonluq pambıq lifi alıb. Pambıq lifinin dəyəri 8 milyon 544.32 min ABŞ dolları təşkil edib.

Qalan 30.08 ton ($43.43 mln.) Türkiyəyə, 2.04 min ton ($3.15 mln.) Banqladeşə, 0.96 min ton ($1.34 mln.) isə İran İslam Respublikasına ixrac edilib.

Azərbaycanda fəaliyyət göstərən pambıq istehsalçıları “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” və “P-Agro” şirkətləri 2023-cü ilin yayından Türkmənistana pambıq lifinin ixracına başlayıb.

Yeri gəlmişkən, “MKT İstehsalat Kommersiya” MMC qeyri-neft sektorunda ən iri həcmli valyuta gətirən özəl şirkətdir. Dövlət sektoruna bağlı olmayan MKT 2024-cü ilin birinci rübü ərzində ölkəyə 29.3 milyon dollarlıq valyuta gətirib. Bu, ümumi ixracın yarıdan çoxuna pay sahibi olması deməkdir.

İlkin mərhələdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gəmilər vasitəsilə Türkmənistana 30 min ton həcmdə pambıq lifi göndərilməsi nəzərdə tutulmuşdu.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin tarixdən ilin sonuna qədər 15.14 min ton göndərilmişdi. Banker.az-ın hesablamalarına əsasən, 2023-cü ildə bu ölkəyə hər tonu üçün orta qiymət 1 927 dollar idi. Cari ildə Azərbaycandan Türkmənistana ixrac olunan pambığın bir ton üzrə qiyməti isə 1 937 dollara yüksəlib.

 

2024-cü ilin ilk rübündə ixrac olunan pambıq lifi

Ölkə Miqdar, min t Dəyər, mln. $
 CƏMİ          37.49        56.48
  Türkiyə          30.08        43.43
  Türkmənistan            4.41          8.54
  Banqladeş            2.04          3.15
  İran İslam Respublikası            0.96          1.34

İxrac olunmuş pambığın idxal dəyəri isə 2024-cü ildə 29 milyon 172.23 min dollar təşkil etmişdi.

Bununla belə növbəti illərdə Türkmənistana pambıq lifi ilə yanaşı, pambıq emalından alınan digər məhsulların da ixracı nəzərdə tutulub.

2024-cü ilin ilk rübündə ən ucuz ixrac Türkiyəyə baş tutub. Ölkənin ən iri pambıq müştərisi hər ton üçün 1445 dollara alıb.

Son xəbərlər
Digər xəbərlər