Xaricdən Azərbaycana cari ilin ilk səkkiz ayında 33 178 avtomobil gətirilib.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal olunan avtomobilin sayı, öncəki ilin eyni dövrü ilə müqayisədə 24% artıb. Həmin avtomobillərin cəmi idxal dəyəri isə $399.5 mln. olmuşdur.
Bu avtomobillərin 31 026 ədədi minik avtomobili, bundan da 3 050 ədədi “hibryd” mühərrikli və 136 ədədi isə elektro-karlar (e-car) olmuşdur.
Bundan əlavə ölkəyə 1 960 ədəd yük və 84 ədəd avtobus idxal olunub.