3 C
Baku
Saturday, December 14, 2024

Ölkəyə gələn turistlərin bank kartları ilə ödənişləri azalıb

2019-cu ilin ilk 5 ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə xərclədikləri pulun məbləği 475,5 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% az olması deməkdir.

Banker.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayındakı təqdimatında deyilir.

Xarici vətəndaşlar, 2019-cu ilin yanvar ayında 88,3 mln. manat, fevralda 85,3 mln. manat, martda 103,2 mln. manat, apreldə 103,2 mln. manat və may ayında isə 100,9 mln. manat təşkil edib.

Bildirək ki, aprel və may ayı ərzində turistlərin ölkəyə axını üçün iki önəmli hadisə – avropa oyunlarının finalı və Formula 1 üzrə yarışlar keçirilib və bu səbəbdən digər aylardan daha çox pul xərclənməsini ehtimal etmək olar.

Lakin, son iki ayın hər ikisi ötən ilki göstəricilərdən azdır.

10

Son xəbərlər
Digər xəbərlər