3 C
Baku
Saturday, December 14, 2024

Ölkəyə qanunsuz gətirilən “iPhone 14 Pro” telefonları aşkarlanıb – Fotolar

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Banker.az bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir.

Belə ki, Doha-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən “Qırmızı kanal”a yönləndiriliblər. Vətəndaşlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib. Yoxlama zamanı Rusiya Federasiyası vətəndaşının  çamadanından 40 ədəd, Azərbaycan Respublikası vətəndaşının çamadanından isə 41 ədəd olmaqla ümumilikdə 81 ədəd əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan müxtəlif yaddaşlarda “iPhone” markalı (15 ədəd “iPhone 14 Pro 128gb”, 20 ədəd “iPhone 14 Pro 256gb”, 5 ədəd “iPhone 14 Pro 512gb”, 20 ədəd “iPhone 14 Pro Max 128gb”, 20 ədəd “iPhone 14 Pro Max” 256gb”, 1 ədəd iPhone 13 Pro 256 gb”) mobil telefonlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

b58ff533067df4ed8657989aaa09ceba

b04e1066e8c76701ee7f7d7b9d0352b3

7864acdb099fec8829246d2566040e7e

 

Son xəbərlər
Digər xəbərlər