Ötən il iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.
Banker.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Məlumata görə, ilkin rəqəmlərə əsasən 2018-ci ildə ölkəyə daxil olmuş pul baratlarının dəyəri 1 080 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 6%, 2016-cı ilə nisbətən isə 91,5% çoxdur.