2 C
Baku
Saturday, December 14, 2024

Ödəniş şirkəti “Azerfon”un razılığı olmadan öhdəliyini digər şirkətə ötürüb – 100 minlik iddia

“EasyPay” bağlansa da işləri heç də “easy” getmir. Yeni iddia var.

Ölkənin “Nar mobile” operatoruna sahib olan “Azerfon” MMC müflis elan edilmiş ödəniş sistemi “EasyPay” MMC-ni məhkəməyə verib.

Banker.az-ın əldə etdiyi məlumatdakı qeydlərə əsasən, “Azerfon” bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Edilmiş müraciətdə mobil operator sahibi iddia edir ki, 2013-cü il də ödəniş şirkəti ilə müqavilə imzalanıb. Həmin müqavilədə, “EasyPay” Azərbaycan ərazisində abunəçilərinin [Azerfon] və ya onların adından ödəyicilərin etdiyi ödəmələrin ödəmə məntəqələri vasitəsi ilə yığılması və yığılmış vəsaitlərin “Azerfon” MMC-nin hesablaşma hesabına köçürülməsini təmin etməli, sonuncu isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını cavabdeh “EasyPay” MMC-yə ödəməli idi.

Sonradan müqaviləyə dəyişikliklə bənd əlavə edilib və həmin bəndə görə “Easypay” MMC Müqavilə üzrə öhdəliklərinin bir hissəsini və ya hamısını, eləcə də xidmətlərin icrasını təmin etmək məqsədi ilə hər-hansı əlaqədar öhdəliklərin icra olunmasını “Azerfon” MMC-nin əvvəlcədən verilən yazılı təsdiqi olmadan hər-hansı üçüncü tərəfə ötürə və ya xidmətlərin icrasına hər-hansı üçüncü tərəfi cəlb edə bilməz. “Easypay” MMC tərəfindən həmin maddədə göstərilən öhdəliklərin pozulması və ya yerinə yetirilməməsi halında, “Azefon” MMC hər pozuntu halına görə 100 min manat məbləğində cərimə tətbiq edə bilər.

“Easypay” MMC ilə “Caspi Tech” MMC arasında imzalanmış 20 noyabr 2018-ci il tarixli xidmətlərin göstərilməsinə dair diler müqaviləsi ilə “Easypay” MMC Müqavilə ilə öz öhdəliklərini “Azerfon” MMC-nin razılığı olmadan üçüncü tərəf olan “Caspi Tech” MMC-yə ötürmüşdür.

İndi də “Azerfon” MMC iddia edir ki, aralarındakı bu maddədəki öhdəliklər ödəniş şirkəti tərəfindən pozulub, buna görə də 10 gün müddətində tətbiq ediləcək cərimə ödənilməlidir.

Artıq Kommersiya Məhkəməsi də 100 min manatlıq iddianın “EasyPay”-dən “Azerfon” MMC-nin xeyrinə tutulması barədə qərar qəbul edib artıq.

 

Son xəbərlər
Digər xəbərlər