10 C
Baku
Wednesday, December 11, 2024

Ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanıldı

Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.

Məlumata görə, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.

Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.

©Report

Son xəbərlər
Digər xəbərlər